Kahramandan Akşənərə 50 min lirəlik təzminat davası

  • By admin
  • 15 İyul 2017 21:21

meral-aksener-mektup-880

Türkiyənin nüfuzlu siyasilərindən olan Meral Akşənərlə TBMM başqanı İsmayıl Kahraman arasında qalmaqal səngimək bilmir.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, qalmaqala səbəb Kahramanın iftar məclislərindən birində Akşənər haqqında söylədiyi “Bu, Meral Kılıçdaroğludurmu?” ifadəsi olub.
M. Akşənər tərəfindən çox sərt şəkildə qarşılanan bu ifadə və TBMM başqanına ünvanlanan açıq məktub isə tərəfləri məhkəməlik edib.
Yəni, Akşənər haqqında ifadəsini təkzib etməyən Kahraman bunun “zərif bir zarafat” olduğunu, ancaq əski vitse-spikerin bu məsələni çox böyütdüyünü, ucuz bir yolla gündəmə gəlmək istədiyini iddia edərək, sabiq daxili işlər nazirinə qarşı məhkmə davası açıb.
Akşənəri məhkəməyə verən Kahraman sabiq milliət vəkilindən 50 min lirə təzminat tələbində bulunub.
Akşənər də öz növbəsində yenidən Kahranmana yönəlik sərt ifadələr səsləndirib, onu ədəb-ərkana dəvət və növbəti mətbu açıqlaması ilə çıxış edib.
Həmin açıqlamanı olduğu kimi, təqdim edirik:
meral-17
Kamil HƏMZƏOĞLU
Gununsesi.info