Kahramanmaraş, Qaziantep zəlzələdən əvvəl və sonra - VİDEO/FOTOLAR

  • By admin
  • 09 Fevral 2023 11:15

“Maxar Technologies” şirkəti zəlzələdə ən çox zərər görən Kahramanmaraşda çadır şəhərciyinə çevrilən “12 Fevral Stadionu” və ətrafının peyk vasitəsilə çəkilən görüntüsünü paylaşıb. Bölgənin əvvəlki və sonrakı vəziyyəti ürəkləri dağlayır.

Şirkət həmçinin zəlzələdən ağır zərər çəkən Qaziantepin İslahiye rayonunun əvvəlki və sonrakı vəziyyətini göstərib.

“Maxar” bundan başqa Antakya şəhərindən çəkilən fotoları da yayıb. Bildirilib ki, kadrlar fevralın 8-də çəkilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə zəlzələdən sonra həlak olanların sayı 12 min nəfəri keçib.