Kahramanmaraş zəlzələdən əvvəl və sonra -VİDEO

Türkiyədə fevralın 6-sı baş verən güclü zəlzələ nəticəsində çox sayda dağıntının qeydə alındığı şəhərlərdən biri də Kahramanmaraşdır.

Gununsesi.info  “TRT Haber”ə istinadən xəbər verir ki, ölkədə ötən həftə baş verən ardıcıl iki güclü zəlzələnin episentri məhz bu şəhərdə yerləşdiyindən burada dağıntıların miqyası da böyükdür.

Şəhərin Dulkadiroğlu və Onikişubat bölgələri təbii fəlakətdən ən çox zərər görən hissələr olduğundan burada çox sayda binalar uçub. Ümumilikdə şəhərdə minlərlə insan zəlzələ nəticəsində həlak olub.

Kahramanmaraşın yüksəklikdən çəkilən görüntüləri sayəsində zəlzələnin bu şəhərə nə dərəcədə böyük zərər vurduğunu görmək mümkündür.

Gununsesi.info