Kahramanmaraşda daha bir gadisə: Ölən və yaralılar var

Türkiyənin zəlzələ bölgəsi olan Kahramanmaraşda iş yerinin damı çöküb.

Gununsesi.info “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb.

HTML tutorial

Qəza zamanı daha üç nəfər isə yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb.

Gununsesi.info