Kaliforniya ABŞ-dan ayrılır: İlkin addım atıldı

  • By admin
  • 22 Noyabr 2016 20:44

1025934051

 

ABŞ-dakı “Yes Kaliforniya” hərəkatı sözügedən ştatın ölkədən ayrılması üçün referendumla bağlı təklifi yerli hakimiyyət orqanlarına təqdim edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Los Anceles Tayms” qəzeti məlumat yayıb.

Nəşr bildirir ki, “Yes Kaliforniya”nın rəhbərləri ilkin addımı ataraq “Calexit: Kaliforniyanın müstəqillik səsverməsi 2019” adlı referendum təklifini irəli sürüb.

Həmin sənədin ştatın Baş Prokurorluğuna təqdim edildiyi vurğulanıb.

Qeyd edək ki, hərəkatın lideri Luis Marinelli Kaliforniyanın ABŞ-dan ayrılması üçün daha əvvəl referendumun planlaşdırıldığını açıqlamışdı.

 

Gununsesi.info