Kaliforniyada polisə hücum zamanı şerifin iki müavini yaralandı

  • By admin
  • 13 Sentyabr 2020 09:50

ABŞ-ın Los-Anceles dairəsi şerifinin iki müavini şənbə günü silahlı hücum nəticəsində çoxsaylı güllə yaraları alıb.

Gununsesi.info-nun məlumatına görə, bu barədə dairə şerifinin ofisi “Twitter”də öz səhifəsində bildirib.

“Bizim şerifin iki müavini Komptonda (Los-Anceles dairəsində şəhər-red) güllə yaraları aldı və yerli xəstəxanaya çatdırılıb. Onların ikisi də həyatı uğrunda mübarizə aparmaqda davam edirlər”, – xəbərdə deyilir.

Ofisin məlumatına görə, hadisə zərərçəkənlərin patrul avtomobilində əyləşən vaxt baş verib. Bu zaman pusquda dayanan şəxslər onlara hücum ediblər. Şerifin hər iki müavininin vəziyyəti ağırdır, onları cərrahi əməliyyat etmək lazım gəlib.

Patrul avtomobilinə hücumun iştirakçıları hələ müəyyənləşdirilməyib.

 

 

Gununsesi.info