Kaliforniyada sərnişin avtobusu atəşə tutuldu: Ölən və yaralananlar var – FOTO/VİDEO

  • By admin
  • 19 May 2021 16:18

Kaliforniyanın Oakland şəhərində naməlum şəxs şosedə sərnişin avtobusuna atəş açıb. Hadisə nəticəsində azı iki nəfər həlak olub, beş nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə RBK xəbər yayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hazırda cinayətkarın axtarışına başlanılıb, onun şəxsiyyəti müəyyənləşdirilir.

Hadisəni törədən şəxsin tutulmasını asanlaşdıracaq hər hansı məlumat üçün 40 000 dollar mükafat elan edilib.