Kalın Sallivanla danışdı: Ukrayna böhranı…

  • By admin
  • 30 May 2022 22:02

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ABŞ Prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla telefon əlaqəsi saxlayıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər regional məsələləri müzakirə edib, həmçinin iqtisadiyyat, enerji və müdafiə sənayesi sahələrində əməkdaşlığın artırılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Bundan başqa, Ukraynada müharibənin uzanmasının ərzaq və enerji təhlükəsizliyinə, qlobal iqtisadiyyata mənfi təsir göstərdiyi qiymətləndirilib.

Gununsesi.info