Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov avqustun 25-də Şəki şəhər Mədəniyyət və Turizm Şöbəsinin binasında vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən Gununsesi.info-ya bildiriblər ki, qəbulda Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbulda iştirak edəcək vətəndaşların qeydiyyatı avqustun 24-də Şəki şəhər Mədəniyyət və Turizm Şöbəsinin binasında (ünvan: Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi 174) saat 09.00-da başlayacaq. Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə telefonu: +994 (12) 512-01-14, e-mail: info@fhn.gov.az
Gununsesi.info