
Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun həbs olunacağı ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, B.Bozdağ mətbuata açıqlamasında bildirib ki, bu idda tamamən CHP-nin uydurmasıdır: “CHP-nin dəyirmanına su tökməkdir. Eləcə də hökumət və Ədalət və İnkişaf Partiyasına (AKP) qarşı haqsız iftiradı”.
Bundan başqa, B.Bozdağ ölkədə erkən seçkilərin keçiriləcəyi ilə bağlı iddialara da aydınlıq gətirib. “Seçkilər 2019-cu ildə, yəni vaxtında keçiriləcək. AKP dövründə ölkədə erkən seçkilər keçirilməyib və keçirilməyəcək”, – deyə o, bildirib.
Anar
Gununsesi.info