“KamAZ” və ev yandı - BAKIDA

  • By admin
  • 20 Avqust 2017 09:11

fhn yangin masin

Bakıda iki yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə,  paytaxtın Qaradağ rayonunda vətəndaşa məxsus “KamAZ” markalı yük avtomobilinin kabinəsi yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakının Sabunçu rayonunda ümumi sahəsi 90 m2 olan birmərtəbəli 3 otaqlı evin bir otağının tavanı 2 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info