“KamAZ”la piyadanı vurub öldürdü

  • By admin
  • 02 Oktyabr 2019 16:20

Beyləqan rayonunun Qaralar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

Gununsesi.org xəbər verir ki, qəza oktyabrın 1-də saat 22 radələrində qeydə alınıb.

Rayon sakini S.Şükürov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən Qaralar kənd sakini Namiq Hüseynovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Gununsesi.org