Kamçatkada dəhşətli cinayət

  • By admin
  • 20 İyun 2018 00:20

Qonşunu balta ilə öldürüb soyuducuda gizlətdi

Rusiyanın Petropavlovsk-Kamçatka diyarında dəhşətli cinayət hadisəsi baş verib.

Gununsesi.info teleqraf.com-a istinadən bildirir ki, polisə 48 yaşlı kişinin itməsi ilə bağlı müraciət daxil olub.

Aparılan araşdırma nəticəsində onun 41 yaşlı həmkəndlisi tərəfindən öldürüldüyü məlum olub.

Polisin məlumatına görə, cinayəti törədən şəxs hadisə baş verən gün içkili olub. O, qonşuna baş çəkməyə gedib. Bu zaman onların arasında mübahisə düşüb. Gözlənilmədən qonaq cibindəki bıçaqla ev yiyəsini vurub. Daha sonra baltanı əlinə alaraq qonşusunun boyun və baş nahiyəsindən bir neçə zərbə endirib.

Mərhum aldığı xəsarətdən hadisə yerində keçinib. O, cəsədi əvvəlcə soyuducuda gizlədib. Sonra isə onu şəhərin qırağındakı kanala atıb.

Faktla bağlı cinayət işi açılıb. Cinayətkarı 15 il azadlıqdan məhrum etmə cəzası gözləyir.