Kamerunda partlayış - 14 NƏFƏR ÖLÜB, 40 NƏFƏR YARALANIB

  • By admin
  • 13 İyul 2017 15:18

Security forces transport with a blanket the remains of some of the eleven victims of a double blast in the northern Cameroonian city of Maroua on July 22, 2015.  Eleven people were killed on Wednesday in northern Cameroon when two girls blew themselves in twin attacks in a region repeatedly targeted by Nigeria-based Boko Haram jihadists, officials said.  AFP PHOTO/STRINGERSTRINGER/AFP/Getty Images

Kamerunda eyni vaxtda törədilmiş iki partlayış nəticəsində 14 nəfər həlak olub, 40 nəfər isə yaralanıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış ölkənin Nigeriya ilə sərhədində yerləşən Vaza qəsəbəsində törədilib.

Belə ki, partlayışların “Boko Haram” terror qruplaşmasının iki kamikadzesi tərəfindən törədildiyi ehtimal edilir.

Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Onlardan bəzilərinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Boko Haram” terror qruplaşması Nigeriya, Niger, Çad və Kamerun ərazisində fəaliyyət göstərir.

Anar

Gununsesi.info