Kamerunda yarış zamanı partlayışlar baş verdi: 19 idmançı yaralanıb - VİDEO

  • By admin
  • 25 Fevral 2023 19:57

Şənbə günü Kamerunun cənub-qərbində keçirilən illik kütləvi yarış iştirakçılarının yolunda silsilə partlayışlar baş verib.

Məlumata görə, insident nəticəsində ən azı 19 idmançı yaralanıb.

Bu barədə Buea şəhərinin həkimlərinə istinadən məlumat yayılıb.

Qeyd olunur ki, bu il Kamerun dağında Ümid qaçışına 529 idmançı qatılıb. Marşrutun bir hissəsində güclü partlayışlar baş verib. Partlayışların dəqiq sayı barədə məlumat verilmir.

Bildirilir ki, 19 idmançı yaralanıb ki, onlardan da 3-ü cərrahın köməyinə ehtiyac duyub. Təhlükəsizlik xidmətləri terror aktını Kamerunun cənub-qərb bölgələrindən ayrılmaq istəyən separatçılar tərəfindən həyata keçirildiyini güman edir.

Qeyd edək ki, Kamerun dağındakı Ümid qaçışı ilk dəfə 1995-ci ildə keçirilib. Yarış məsafəsinin uzunluğu 38 km-dir. Tədbir ölkə televiziyasında yayımlanır.

Gununsesi.info