Kamran Əliyev bu rayonların sakinlərini qəbul edəcək

  • By admin
  • 20 İyun 2022 14:50

Baş prokuror Kamran Əliyev iyunun 28-də Balakən, Zaqatala və Qax rayon sakinlərinin qəbulunu keçirəcək.

Gununsesi.info xəbər verir ki, qəbul saat 10:00-da Zaqatala Rayon Prokurorluğunun binasında olacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Zaqatala rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.

Gununsesi.info