İyunun 9-da Baş prokuror Kamran Əliyev Hacıqabulda vətəndaşları qəbul edəcək.
Gununsesi.info Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, qəbul saat 10:00-da Hacıqabul rayon prokurorluğunun inzibati binasında keçiriləcək. Qəbulda Hacıqabul, Salyan rayon və Şirvan şəhər sakinləri iştirak edə bilər.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Hacıqabul rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.
Gununsesi.info