
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının 28-ci illik konfransı və ümumi yığıncağında iştirak etmək məqsədilə Londona işgüzar səfərə gedib.
Gununsesi.info xəbər verir ki, konfransın açılış mərasimində İngiltərə və Uelsin Baş prokuroru Viktoriya Prentis, Kral Prokurorluq Xidmətinin rəhbəri Maks Hill və Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Xuan Batista Mahikes qonaqları salamlayaraq konfransın cinayətkarlığın müasir təzahürlərinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın uğurla davam etdirilməsinə müsbət töhfə verəcəyini vurğulayıblar, tədbirin işinə uğurlar arzu ediblər.
Sentyabrın 25-də Konfransın plenar sessiyasında çıxış edən Baş prokuror Kamran Əliyev ölkəmizin prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlardan danışaraq müasir dövrdə prokurorluğun cinayətkarlıqla mübarizədə rolundan və bu sahədə beynəlxalq əməkdaşlığın önəmindən danışıb.