Sabiq Baş prokuror Zakir Qaralov tərəfindən 5 il bundan əvvəl prokurorluq orqanlarından kənarlaşdırılan Sumqayıt şəhərinin keçmiş prokuroru Dağlar Zeynalova yeni vəzifə verilib.
Gununsesi.info-nun prokurorluq orqanlarından əldə etdiyi məlumata görə, Dağlar Zeynalov Baş prokurorun böyük köməkçisi təyin edilib.
Xatırladaq ki, Dağlar Zeynalov Azərbaycanın bir neçə rayonlarında prokuror vəzifəsində çalışıb. Son 5 ildə isə o işsiz idi.
Gununsesi.info