
Baş Prokuror Kamran Əliyev özünə yeni köməkçilər təyin edib.
Gununsesi.info Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Kamran Əliyevin əmrinə əsasən Vüsal Əliyev Baş prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edilib. O, yeni təyinata qədər Baş prokurorun xüsusi tapşırılar üzrə köməkçisi vəzifəsində çalışıb.
Həmçinin baş prokurorun digər əmri ilə Rail Bayramlı tutduğu vəzifədən azad olunaraq Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Rail Bayramlı bu təyinata qədər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində çalışıb.
Gununsesi.info