Kamran Əliyev və Kəmaləddin Heydərov Gəncədə - FOTOLAR

Baş prokuror Kamran Əliyevlə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov hazırda Gəncədə hadisə yerindədir.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

HTML tutorial

Jurnalistlərə açıqlamasında Kamran Əliyev bildirib ki, Ermənistanın bu hərəkəti onların cəbhə bölgəsindəki məğlubiyyətindən irəli gəlir:

” Ermənistan cəbhədə məğlub olub, ona görə aqonya vəziyyətindədir. Ermənistanın hərbi siyasi rəhbərliyi məhz bu cinayətə görə bir gün ağır cəzalandırılacaq”.

Qeyd edək ki, gecə saatlarında Ermənistan silahlı birləşmələri Gəncəni raket atəşinə tutub. Raketlərdən ikisi şəhərin mərkəzindəki yaşayış evlərinə düşüb. Hadisə nəticəsində 12 nəfər həlak olub, 40-dan çox insan yaralanıb.

Gununsesi.info