Kamran Əliyev: Ermənilər qanunsuz olaraq 100 milyon dollardan artıq vəsait toplayıb

  • By admin
  • 14 Dekabr 2021 18:15

“Ölkəmiz ianə toplanması fəaliyyətinin cinayətkarlıq məqsədləri ilə istifadə olunması faktı ilə də üzləşib”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Misirin Şarm-əl-Şeyx şəhərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin Assembleyasının 9-cu Sessiyasında çıxışında deyib.

O bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə erməni mənşəli fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycanın suveren ərazilərində terrorçu fəaliyyətin həyata keçirilməsi məqsədilə 100 milyon ABŞ dollardan artıq qanunsuz vəsait toplanıb: “Bununla bağlı Baş Prokurorluq tərəfindən araşdırmalar aparılaraq müvafiq sübutlar əldə edilib”.

Gununsesi.info