Kamran Əliyev BU RAYONLARA yeni prokuror təyin etdi

  • By admin
  • 18 Mart 2022 11:26

Ağcabədi və Laçın rayonlarına yeni prokuror təyin edilib.

Gununsesi.info Report-a istinadla xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Vüqar Hacıyev Ağcabədi rayon prokuroru vəzifəsinə təyin olunub.

Baş prokuror Kamran Əliyevin daha bir əmrinə əsasən, İlqar Səadətov Laçın rayon prokuroru vəzifəsinə təyin olunub.

Baş Prokurorluğun Mətbuat Xidməti hər iki məlumatı Report-a təsdiqləyib.

Qeyd edək ki, V.Hacıyev bu təyinata qədər Şəki rayon prokurorunun müavini vəzifəsində çalışıb.

Gununsesi.info