Kamran Əliyev məşhur prokurora vəzifə verdi

  • By admin
  • 16 Sentyabr 2020 18:45

Sabiq Baş prokuror Zakir Qaralov tərəfindən 5 il bundan əvvəl prokurorluq orqanlarından kənarlaşdırılan Sumqayıt şəhərinin keçmiş prokuroru Dağlar Zeynalova yeni vəzifə verilib.

Gununsesi.info-nun prokurorluq orqanlarından əldə etdiyi məlumata görə, Dağlar Zeynalov Baş prokurorun böyük köməkçisi təyin edilib.

Xatırladaq ki, Dağlar Zeynalov Azərbaycanın bir neçə rayonlarında prokuror vəzifəsində çalışıb. Son 5 ildə isə o işsiz idi.

 

 

 

Gununsesi.info