Kamran Əliyev Qaralova rüşvət vermədikləri üçün Bakıdan “sürgün” edilən prokurorları geri qaytardı

  • By admin
  • 26 İyul 2020 15:46

Xəbər verdiyimiz kimi sabiq Baş Prokuror Zakir Qaralovun rüşvət tələbinə əməl etməyən bir qrup prokuror Bakıdakı işindən azad olunaraq, rayonlara təyinat almışdı.

Ancaq bu təyinatla razılaşmayan prokurorlar Rahil İsmayılov, Müstəcəb Əliyev, Xətai Məmmədov, Mətləb Ağayev, Eldar Həmzə, Sabir Abdinov, Mahir Abbasov və başqaları işə çıxmaqdan imtina edirdi.

Gununsesi.info-nun xəbərinə görə, yeni baş prokuror Kamran Əliyev narazı prokurorları- Rahil İsmayılov, Sabir Abdinov, Müstəcəb Əliyev, Xətai Məmmədov, Mətləb Ağayev, Eldar Həmzə, Sabir Abdinov, Mahir Abbasov və başqalarını yenidən Bakıda işlə təmin edib.

Xatırladaq ki, Zakir Qaralovun bu addımına səbəb vəzifəsindən azad edilməzdən 20 gün əvvəl pulyığma kampaniyası olub.
Belə ki, növbəti beş il üçün baş prokuror olacağını deyən Qaralov bütün rayon-şəhər prokurorları, o cümlədən Baş Prokurorluqda çalışan işçilərdən pul yığıb.

Rahil İsmayılov, Sabir Abdinov, Müstəcəb Əliyev, Xətai Məmmədov, Mətləb Ağayev, Eldar Həmzə, Sabir Abdinov, Mahir Abbasov və başqaları Qaralovun bu tələbinə əməl etmədiyi üçün rayonlara təyin edilmişdi.

Günay

Gununsesi.info