Kamran Əliyev bu şəhər sakinlərinin qəbulunu keçirəcək

  • By Mina
  • 01 Aprel 2024 12:03

Baş prokuror Kamran Əliyev aprelin 6-sı saat 10:00-da Neftçala Rayon Prokurorluğunun inzibati binasında Neftçala, Hacıqabul, Salyan rayon və Şirvan şəhər sakinlərinin qəbulunu keçirəcək.

Gununsesi.info xəbər verir ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Neftçala rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.