Kamran Əliyev Nəsimidə qəbul keçirdi

Baş prokuror Kamran Əliyev növbəti dəfə vətəndaş qəbulu keçirib.

Gununsesi.info xəbər verir ki, baş prokuror bu gün Nəsimi Rayon Prokurorluğunda Bakı şəhərinin Nəsimi rayon və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbulda 55 vətəndaş iştirak edib. Onların müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra Kamran Əliyev prokurorluq əməkdaşlarına konkret tapşırıqlar verib.