Kamran Həsənli bu partiyanın sədr müavini oldu

  • By admin
  • 06 Mart 2023 22:29

Azərbaycan Yüksəliş Partiyası Başqanına yeni müavin təyin edilib.

Gununsesi.info xəbər verir ki, AY Partiya Başqanı Anar Əsədlinin  sərəncamına əsasən, tanınmış telejurnalist, ictimai-siyasi xadim Kamran Həsənli Azərbaycan Yüksəliş Partiyasının Başqanının Qafqaz ölkələri və xalqları ilə iş üzrə müavini təyin olunub.

Gununsesi.info xatırladır ki, Kamran Həsənli xalq hərəkatının iştirakçısı olub.

O, bir neçə il AXCP Ali Məclisinin üzvü olub.

Mətləb

GUNUNSESİ.İNFO