
Rio-2016” Olimpiya Oyunlarının boks yarışlarında Kamran Şahsuvarlı (75 kq) yarımfinal mərhələsinə adlayıb.
Gununsesi.info xəbər verir ki, əvvəlki iki görüşündə Zao Minqqanq (Çin) və Artyom Çebotaryovu (Rusiya) mübarizədən kənarlaşdıran boksçumuz dörddəbir finalda qazaxıstanlı boksçu – dünya çempionu Janibek Alimxanlı ilə üz-üzə gəlib. Döyüşdə rəqibinə 2:1 hesabı ilə qalib gələn Kamran Şahsuvarlı yarımfinal mərhələsinə adlamaqla ən azı bürünc medalı təmin edib.
Qeyd edək ki, Kamran Şahsuvarlının yarımfinal mərhələsindəki rəqibi də artıq müəyyənləşib. Boksçumuz növbəti mərhələdə dünya çempionu, kubalı Arlen Lopes ilə döyüşəcək.
Qarşılaşma avqustun 18-də saat 22:00-da başlayacaq.
Gununsesi.info