Kanada Çinin narkotik cinayətlərinə görə dörd kanadalının edam etməsini qınayıb

  • By Günel
  • 20 Mart 2025 08:42

Kanadanın xarici işlər naziri Melani Joli Çini narkotiklə əlaqəli cinayətlərə görə dörd kanadalının edam edildiyinə görə qınayıb.

Bu barədə Gununsesi.info yerli KİV-ə istinadən xəbər verir.

“Biz Çində kanadalıların edam edilməsini qətiyyətlə pisləyirik”, – Joli çərşənbə günü jurnalistlərə deyib. Onun sözlərinə görə, bu şəxslərin Kanada və Çinin ikili vətəndaşlığı olub. Nazir ümumilikdə dörd kanadalının edam edildiyinə aydınlıq gətirib. O, əlavə təfərrüatlar verməkdən imtina edərək, yalnız kişilərin narkotiklə bağlı cinayətlərdə ittiham olunduğunu əlavə edib.

Joli əlavə edib ki, o, bir neçə ay ərzində məhkumların taleyini şəxsən izləyib. Xarici işlər naziri həmçinin iddia edib ki, o və Kanadanın keçmiş baş naziri Castin Trüdo şəxsən Çin hakimiyyətindən bu insanlara qarşı mərhəmət istəyiblər.

Gununsesi.info