Kanada hasilatın azaldılmasına dair əldə olunan razılaşmaya zərbə vura bilər

  • By admin
  • 30 İyun 2017 11:14

opec

Dünya üzrə üçüncü ən iri neft ehtiyatlarına malik olan Kanada karbohidrogen hasilatını artıra və bununla da OPEC və kartelə daxil olmayan ölkələr tərəfindən hasilatın azaldılmasına dair əldə olunan razılaşmaya zərbə vura bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazır.

Son aylar ərzində Kanadada neft sektoruna kapital qoyuluşları azalıb, buna baxmayaraq, investisiyaların indiki həcmi azı 18 ay ərzində hasilatın artırılmasına imkan verəcək.

Kanadanın Neft Hasilatçıları Assosiasiyasının proqnozuna əsasən, 2017-ci ildə ölkədə sutkalıq hasilat 270 min barel, 2018-ci ildə isə 320 min barel artacaq.

“IHS Markit” analitik şirkəti hesab edir ki, gələcək illərdə Kanadanın neft sektoru artım tempinə görə yalnız ABŞ-dan geri qalacaq.

Yeri gəlmişkən, bu il ərzində “Suncor” şirkəti “Fort Hills” layihəsini istismara verməyi planlaşdırır. Gözlənilir ki, pik dövründə layihə üzrə sutkalıq hasilat 200 min barel təşkil edəcək. “Fort Hills” layihəsinin azı 50 il istismar olunacağı gözlənilir.

Maraqlıdır ki, ABŞ kommersiya ehtiyatlarını Kanada nefti hesabına artırılır və bu amil treyderlərin narahatlığına səbəb olur.

Gununsesi.info