Kanada hökuməti AÇIQLADI: Türkiyəyə qarşı embarqo aradan qaldırıldı

  • By admin
  • 30 Yanvar 2024 09:27

Kanada hökuməti Türkiyəyə satış etmək istəyən müdafiə sənayesi şirkətlərinə 2020-ci ildən bəri tətbiq etdiyi ixrac məhdudiyyətlərini qaldırdığını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, hökumətin rəsmi internet saytında ixracatçı şirkətlərə edilən açıqlamada məhdudiyyətlərin artıq qüvvədə olmadığı bildirilib.

Açıqlamada 16 aprel 2020-ci ildə müdafiə sənayesi ilə bağlı bəzi məhsulların Türkiyəyə ixracı üçün müraciətlərə rədd siyasətinin tətbiq olunmağa başladığı xatırladılıb və qeyd edilib ki, “Bu bildirişin edildiyi tarixdən etibarən mümkün rədd siyasəti artıq qüvvədə deyil”.

Sursat siyahısı da daxil olmaqla ixracatçı qruplar tərəfindən Türkiyəyə ediləcək ixrac və broker icazələri üçün müraciətlərin Kanadanın risk qiymətləndirmə çərçivəsi çərçivəsində indi ayrı-ayrılıqda araşdırılacağı qeyd edilib.

Açıqalamda həmçinin oxşar beynəlxalq ixrac icazələrindəki standart ifadələr, habelə üçüncü ölkələrə satış zamanı təminat tələbləri və insan hüquqları qanunlarına bəzi istinadlar da yer alıb.

Qərar Türkiyənin İsveçin Şimali Atlantika Müqaviləsinə (NATO) qoşulması ilə bağlı təsdiqindən az sonra verilib.

Kanada hökuməti 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsindən sonra Türkiyəyə embarqo qoyulması barədə qərar vermişdi.

Ottava 2020-ci ilin oktyabrında erməni mövqelərinə qarşı istifadə edilən Türkiyənin pilotsuz uçuş aparatlarında Kanada texnologiyasından istifadə edildiyini iddia edərək embarqonu tətbiq edib.

Bu embarqo qərarına görə məhsullarının yeganə istifadəçisi Türkiyə Təyyarə Sənayesi Anonim Şirkəti (TUSAŞ) olan “Telemus Systems” şirkəti 2021-ci ilin ilk 7 ayında heç bir gəlir əldə edə bilmədiyi üçün müflis oldu.

Ottava administrasiyası 2019-cu ildə Türkiyənin Suriyaya qarşı hərbi əməliyyatına cavab olaraq ilk embarqonu başladıb, lakin tərəflər arasında yüksək səviyyəli danışıqların nəticəsi olaraq 2020-ci ilin iyununda bu qərarından geri çəkilib.

Gununsesi.info