
Kanada parlamentinin sədri Entoni Rota parlamentdə “İkinci Dünya müharibəsində ön cəbhədə döyüşmüş qəhrəman” kimi təqdim etdiyi Yaroslav Hunkanın nasist birləşməsində döyüşdüyü ortaya çıxandan sonra üzr istəyib və istefa verib.
Gununsesi.info xəbər verir ki, Ukrayna prezidenti Zelenskinin səfərinə dəvət edilən Hunkanın nasist əsgəri olduğu üzə çıxan qalmaqaldan sonra Kanada parlamentinin sədri Entoni Rota üzr istəyib və vəzifəsindən istefa verib.
Hunka Ukrayna prezidenti Vladimir Zelenskinin səfəri ilə əlaqədar Kanada parlamentinin iclasına xüsusi qonaq kimi qatılıb və Rota özünü “qəhrəman” kimi təqdim etdikdən sonra deputatlar tərəfindən alqışlarla qarşılanıb.
Kanadanın baş naziri Castin Trüdo öz açıqlamasında hadisəni “Kanada parlamenti və buna görə də bütün kanadalılar üçün son dərəcə utancverici” adlandırıb.
Kanada Xarici İşlər Naziri Melanie Joly vəziyyətin “son dərəcə qəbuledilməz” və “utanc verici” olduğunu bəyan edərək, Rotanın şərəflə istefa verməli olduğunu bildirib.
Parlament dinləmələrindən sonra məlum olub ki, Hunka Vaffen-SS “Qalisiya” diviziyasının və ya nasist komandanlığı altında könüllülərdən ibarət SS 14-cü Vaffen diviziyasının üzvü olub.
Səid Əhmədli
Gununsesi.info