Kanada Rusiyanın 163 fiziki və hüquqi şəxsinə sanksiya tətbiq edib

  • By ilhame
  • 23 Fevral 2024 20:29

Kanada Rusiyanın 10 fiziki və 153 hüquqi şəxsinə sanksiya tətbiq edib.

 

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, sanksiya tətbiq edilən şəxslər arasında Rusiya Prezidentinin köməkçisi İqor Levitinin də adı var.

 

Məlumata görə, S.V.İlyuşin adına Aviasiya Kompleksinə də sanksiya tətbiq edilib.

Gununsesi.info