Kanada terror təşkilatına zirehli maşın verib - FOTO

  • By admin
  • 31 Yanvar 2017 14:42

unnamed (7)
Kanada PKK-nın Suriya qolu olan YPG Terror Təşkilatına zirehli avtomobil verib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, “International Armored Group” adlı şirkət tərəfindən istehsal olunan “APC” markalı zirehli döyüş maşını, şəxsi heyətin daşınması üçün nəzərdə tutulsa da, avtomobildə müxtəlif silahlar da quraşdırmaq mümkündür.
Belə ki, hazırda sözügedən terror təşkilatına nə qədər zirehli döyüş maşını verlidiyi barədə isə məlumat verilmir.
Məlumata görə, “APC” markalı zirehli döyüş maşını çətin yollarda və hətta, yolsuzluq şəraitində belə hərəkət edə bilmək üstünlüyünə malikdir. Həmçinin, 10 nəfərlik heyəti daşımaq imkanına, rezin təkərlərə və 4×4 sistemə də malikdir.

Anar

Gununsesi.info