Kanada Türkiyəyə “Bayraktar”ın hissələrinin tədarükünü bərpa edəcək

  • By ilhame
  • 26 Yanvar 2024 22:30

Kanada hakimiyyəti Türkiyəyə pilotsuz uçuş aparatları (“Bayraktar” – Qeyd) üçün komponentlərin tədarükünə qoyulan qadağanı aradan qaldırır.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

 

Yanvarın əvvəlində tərəflər razılığa gəliblər. Müqavilənin şərtlərinə görə, Ankara İsveçin NATO-ya üzvlüyünü təsdiqləmə prosesini nəhayət başa vurduqdan sonra ixrac bərpa edilməlidir.

 

Ottava həmçinin Kanada komponentləri ilə türk PUA-larının istifadəsi ilə bağlı daha çox şəffaflıq tələb edib.

 

Qeyd edək ki, Kanada bu qadağanı 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin PUA-larından istifadə etməsindən sonra tətbiq edib.

Gununsesi.info