Kanada Ukraynaya hərbi yardım göndərdi

  • By admin
  • 20 Fevral 2022 18:03

Kanada Hərbi Hava Qüvvələrinə aid hərbi yardım daşıyan C-17 tipli nəqliyyat təyyarəsi Ukraynanın Lvov şəhərinə eniş edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov məlumat verib.

“Yaxın dostumuz Kanadadan Ukrayna ordusu üçün silah yardımı aldıq. Snayper tüfəngləri, avtomatik silahlar, gecəgörmə cihazları kimi hərbi texniki vasitələr gəldi. Vaxtında göndərilən kömək üçün təşəkkür edirik”, – nazir bildirib.

 

 

Gununsesi.info