Kanada vətəndaşlarına çağırış etdi - “İranı tərk edin”

  • Müəllif: Firuzə
  • 27 Fevral 2026 21:55

Kanada hökuməti vətəndaşlarını İranı tərk etməyə çağırıb.

Gununsesi.info xəbər verir ki, Kanada Xarici İşlər Nazirliyinin açıqlamasında davam edən gərginlik səbəbindən bölgədə hərbi əməliyyatların qəfildən yenidən başlaya biləcəyi vurğulanır.

Bəyanatda deyilir: “İranı indi tərk edin. Səyahət sənədlərinizin yerində olduğundan əmin olun. Gizlənmək zərurəti yaranarsa, kifayət qədər ləvazimat ehtiyatı yaradın”./Teleqraf

Gununsesi.info