Kanada zəlzələdən zərərçəkənlər üçün 20 milyon dollar yardım göndərir

  • By arzu
  • 24 Fevral 2023 23:27

Fevralın 6-da Türkiyə və Suriyada yaşanan dəhşətli zəlzələdən sonra Kanada hər iki ölkəyə yenidən maddi yardım ayırıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Kanada hökuməti zəlzələdən zərərçəkənlər üçün hər iki ölkəyə 20 milyon dollar maddi yardım göndərəcək.

HTML tutorial
Ayrılacaq 20 milyon dollarlıq yardım xeyriyyə qurunlarının da köməyi ilə hər iki ölkədə zəlzələnin fəsadlarının aradan qaldırılması üçün yönəldiləcək.
Xatırladaq ki, Kanada hökuməti ilk mərhələdə zəlzələdən zərərçəkənlər üçün 10 milyon dollarlıq yardım paketi açıqlamışdı.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info