Baş nazir Trudo: “Kiçik yaşdakı uşaqları da LGBT-li ola bilərlər”
Kanada xalqı LGBT-yə qarşı etiraz aksiyası keçirir.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 1 milyondan çox adam meydanlarda ailə dəyərlərini qorumaq üçün məcburi gətirilən cinsi kimlik adlı məcburi “tədrisə” etiraz edir.
LGBT pozğunluğuna qarşı dirəniş edən xalq skandal düzəlişlərlə normallaşdırılmağa çalışılan LGBT məcburiyyətinin ləğvini istəyir.
“Uşaqlar üçün 1 milyon yürüş” mitinqində din, dil, irq ayrışdırması olmadan 1 milyon adam məktəblərdə cinsiyyət kimliyi ilə bağlı tədris siyasətinə qarşı ölkə çapında etiraz keçirib.
Kanadada məktəbdə qızların və oğlanların eyni tualetdən istifaə etməsi ilə bağlı bəzi məktəblərdə tətbiqlər gerçəkləşdirilir.
Etirazçılar “Əllərinizi uşaqlarımızdan çəkin”, “Uşaqlarımızı rahat buraxın” şüarları səsləndiriblər.
Ölkədə alovlanarkən Baş nazir Castin Trudo kiçik yaşdakı uşaqların da LGBT-li ola biləcəyini müdafiə etmişdi.
Hər inanc və etnik kökdən olan adam dövlət tərəfindən məcburiləşdirilən LGBT-yə qarşı bir araya gəlib.
Hazırda ölkənin ən böyük şəhərləri olan Toronto, Ottava və Monrealda LGBT-yə qarşı böyük etirazlar keçirilir.
Tərcümə: Arzu