Kanadada 120 nəfər  könüllü olaraq həyatla vidalaşdı

  • By admin
  • 02 Sentyabr 2016 22:49

iyne

Evtanaziya barədə qanun Kanadada təxminən 120 nəfər ağır xəstəyə tətbiq olunub.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, iyunun 17-də Kanada parlamentində uzun sürən müzakirələrdən sonra həkimlərə ağır xəstəlikdən əziyyət çəkən insanlara könüllü olaraq dünyalarını dəyişməyə kömək etməyə icazə verən qanun qüvvəyə minib.

Evtanaziya qanunundan ən çox Ontario (49 dəfə) və Britaniya Kolumbiyası (46 dəfə) əyalətlərində istifadə olunub. Lakin Kanadanın bəzi regionlarının qeydiyyat aparmaması və bu haqda informasiyanı təqdim etməkdən yayınması səbəbindən evtanaziya hallarının dəqiq sayı məlum deyil.

Yeni qanun yalnız 18 yaşına çatmış psixoloji sağlam və ağır xəstəliyə düçar olmuş Kanada vətəndaşlarına könüllülük əsasında tətbiq oluna bilər.

Hazırda yalnız bir neçə ölkədə – Niderland və Belçikada, həmçinin ABŞ-ın bəzi ştatlarında evtanaziyaya rəsmən icazə verilib.

 

Gununsesi.info