Kanadada 55 dərəcə şaxta gözlənilir

  • By admin
  • 27 Dekabr 2021 23:22

Bu həftə Kanadının qərbi və mərkəzi hissəsində şiddətli şaxtalar olacağı barədə xəbərdarlıq edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Milli Meteoroloji Bürosunun məlumatında yer alıb.

Kanadanın Alberta, Britaniya Kolumbiyası, Manitoba, Ontario və Saskaçevan əyalətinin şimalında mənfi 35-dən mənfi 55 dərəcəyə kimi şaxta olacağı bildirilib.

Məsələn, dekabrın 26-da gənclər arasında buzüstü hokkey çempionatının başladığı Red-Der və Edmonton şəhərlərində termometrlər 45 dərəcə şaxtanı göstərə bilər.

Həddindən artıq soyuq havalar hipotermiyaya və donmaya səbəb ola bilər. Bundan əlavə, meteoroloqlar kanadalıları ev heyvanlarını unutmamağa və onları çöldə qoymamağa çağırıblar.

Gununsesi.info