Kanadada CƏHƏNNƏM HAVASI: 84 il sonra təkrarlandı

  • By admin
  • 28 İyun 2021 15:50

Kanadada əsl cəhənnəm havası hökm sürməkdədir. Son 84 ilin ən isti havası qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, ötən gün ölkə sözün əsl mənasında isti günlərini yaşayıb. Belə ki, ilk dəfə olaraq dünən günortadan sonra Kanadada 46,1 dərəcə isti qeydə alınıb. Ən yüksək istilər Britış Kolombiya əyalətində hökm sürür.

Ölkənin Hava Bürosu istilərin 50 dərəcəyə qədər yüksələcəyi xəbərdarlığını edib. Digər tərəfdən, ölkədə sərinləmə mərkəzlərinin açılması da qərara alınıb.

Qeyd edək ki, Kanadada bu vaxta qədər qeydə alınmış ən isti temperatur 1937-ci ildə 45 dərəcə olub.