Kanadada koronavirusa yoluxanların sayı 65 minə çatır

  • By admin
  • 08 May 2020 10:30

Kanadada son sutkada 1 400-dən çox pasiyentə koronavirus diaqnozu qoyulub.

Gununsesi.org xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, Şimali Amerika ölkəsində virusa yoluxma hallarının sayı 64 922-yə yüksəlib.

Bundan başqa, ölkədə indiyədək 4 408 nəfər pandemiyanın qurbanı olub.

Bildirilib ki, indiyədək 1 005 218 nəfər koronavirus testindən keçib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,9 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 270 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

 

Gununsesi.org