Kanadada təyyarə qəzası: yeddi nəfərdən altısı öldü

  • By admin
  • 25 Yanvar 2024 08:40

Kanadanın şimal-qərbində təyyarə qəzaya uğrayıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bu barədə “CBS News” məlumat verib.

“Rio Tinto” şirkətinə məxsus Dayavik almaz mədəninin işçilərini aparan təyyarədə altı nəfər həlak olub.

Qeyd olunur ki, təyyarə Fort Smit şəhəri yaxınlığında qəzaya uğrayıb.

Qəzadan bir nəfər sağ qalıb.

Gununsesi.info