Kanadada təyyarə qəzası, 3 ölü

  • By admin
  • 12 Dekabr 2019 09:25

Kanadanın Britaniya Kolumbiyası əyalətində yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər ölüb. Gununsesi.org-un məlumatına görə, bu barədə “MİR 24” xəbər verib.

“Piper Aerostar” təyyarəsi Nayamo şəhərində eniş edərkən qəzaya uğrayıb. Hava gəmisi Kaliforniya ştatının Bişop şəhərindən uçurdu.

Təyyarənin göyərtəsində üç nəfər olub. Onların hamısı dünyasını dəyişib.

Gununsesi.org