
2017-ci ildən Kanadada mühacir həyatı yaşayan QHT rəhbəri Sahib Teymurovun Azərbaycana dönüşü üçün şərait yaradılıb.
Sosial şəbəkələrdə yayılan məlumata görə, Azərbaycan hakimiyyəti Sahib Teymurova nə vaxt istəsə, Azərbaycana gələ biləcəyi barədə məlumat verib.
Buna səbəb isə onun bir müddət əvvəl ölkə rəhbərliyinə müraciəti olmasıdır.
Məlumat üçün bildirək ki, Sahib Teymurov 07 İyun 1969-cu ildə Bərdə rayonunda anadan olub.
Sahib Teymurov 2007-cı ildə “Uşaq Evlərinə Qayığı” Qeyri Hökumət Təşkilatının sədri olub.
Kanadaya köçdükdən sonra barəsində cinayət işi açılıb. Sahib Teymurov 2018-ci ildən İnterpolun axtarışındadır.
Bu səbəbdən QHT sədri Sahib Teymurov ölkəyə qayıtmaq üçün bir müddət əvvəl ölkə Prezidenti İlham Əliyevə və Vitse Prezident Mehriban Xanım Əliyevaya müraciət etmişdir. Sahib Teymurovun ölkəyə qayıtmaq istəyi hakimiyyət daxilində ciddi müzakirələrə səbəb olub və birmənalı qarşılanmayıb.
Azərbaycan Prezidenti İlham Əliyev bütün insanlara humanist mövqedən yanaşır. Bunun ən bariz nümunəsi vaxtaşırı verilən əfv və amnistiyadır ki, müxtəlif cinayətlərdə əli olan şəxslər cəzasının müəyyən qismini çəkdikdən sonra cəmiyyət üçün təhlükə törətmədiyi təsdiqlənib və bu şəkildə azadlığa çıxıb.
Biz də hesab edirik ki, Sahib Teymurov azərbaycanlıdır və öz səhvlərini etiraf etməli, Azərbaycan xalqının nailiyyətlərini dərk etməlidir. Bir Azərbaycanlı kimi bundan sonra öz fəaliyyətində dönüş yaratmalıdır. Onun ölkəmizə qayıtması, burada siyasi fəaliyyətlə məşğul olması nailiyyətlərimizə kölgə sala bilməz. Ancaq o, həqiqətin, ədalətin yolunda olmalı, hörmətli Prezidentmiz İlham Əliyevin siyasətini, xalqımızın nailiyyətlərini düzgün qiymətləndirməyi bacarmalıdır.
Taryel İbrahimli
Xüsusi olaraq,
Gununsesi.info üçün