Kanadadan rus oliqarxlarına qarşı sanksiya

Kanada Xarici İşlər Nazirliyi Moldovanın daxili işlərinə qarışdığına görə Rusiyadan olan “oliqarxlar”a qarşı tezliklə sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Melani Coli Osloda NATO-ya üzv ölkələrin qeyri-rəsmi görüşü zamanı bildirib.

“Tariximizdə ilk dəfə olaraq Moldova demokratiyasına dəstək olaraq sanksiyalar elan edəcəyik. Biz Moldovanın demokratiyasına müdaxilə etməyə çalışan rus oliqarxlarına qarşı tədbir görəcəyik”.

Qeyd edək ki, Nihon Keizai bundan öncəki yazılarında “Qərbin sanksiyalarının Rusiyaya gözlənilməz yardım gətirdiyini”  də yazmışdır.

 

 

Tərcümə:

Şəbnəm

Gununsesi.info