Kanadadan Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar: Siyahıda Şoyqunun təşkilatı da var

  • By admin-2
  • 23 Sentyabr 2023 12:39

Kanada Rusiyaya qarşı yeni sanksiyalar elan edib. Sanksiyalara 42 nəfər və 21 hüquqi şəxs məhdudiyyətlərə məruz qalıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

İdarənin məlumatına görə, sanksiyalar sentyabrın 20-dən qüvvəyə minib.

Məhdudiyyətlərə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ), “Vzqlyad”, “Komsomolskaya Pravda” nəşrləri, “Yunarmiya”, “Gənc Qvardiya” gənclər təşkilatları, Şoyqunun rəhbərlik etdiyi “Rusiya Coğrafiya Cəmiyyəti”, Valday Klubu və s. daxildir.

Kanadanın sanksiya tətbiq etdiyi şəxslərin siyahısına MDBMİ rektoru Anatoli Torkunov, əmək və əhalinin sosial müdafiəsi naziri Anton Kotyakov, Rossotrudniçestvo rəhbəri Yevgeni Primakov və başqaları daxildir.

Qeyd edilib ki, sanksiyaların tətbiqinə səbəb ayrı-ayrı fiziki və hüquqi şəxslərin ukraynalı uşaqların deportasiyasında iştirakı, dezinformasiya və Rusiyanın nüvə sektorudur.

Səid Əhmədli
Gununsesi.info