Kanadanın baş naziri Kiyevə səfər edib -FOTO

Kanadanın baş naziri Castin Trüdo Ukraynaya elan olunmamış səfər edib.

Gununsesi.info xəbər  verir ki, o, Kiyevə Ukrayna ordusunun Rusiya qoşunlarını ölkənin işğal olunmuş şərq və cənub bölgələrindən sıxışdırıb çıxarmaq üçün çoxdan gözlənilən əks-hücum əməliyyatını gücləndirməsi fonunda yollanıb.

Qeyd edək ki, səfərlə bağlı hələlik rəsmi təsdiq yoxdur, bununla belə sosial şəbəkələrdə baş nazirin Ukrayna paytaxtından görüntüləri yayılıb.

 

Gununsesi.info